Donald Tramp 2024-cü il seçkiləri üçün kampaniyaya başlayır
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə ölkədə keçiriləcək prezident seçkilərinə qatılmaq niyyətindədir
Anadolu agentliyi xəbər verir ki, o, bu barədə özü bildirib. Növbəti seçkilərə qatılmaq üçün daha qərarlı olduğunu deyən Tramp hazırkı prezident Co Baydenin siyasətini tənqid edib. Onun sərhəd məsələləri, iqtisadi və sosial siyasətlə bağlı gördüyü işləri bəyənmədiyini söyləyən ABŞ-ın sabiq dövlət başçısı, özünün prezidentlik dövründə ölkədə həyata keçirilən layihələrdən misallar çəkib.
2024-cü il seçkilərinin ABŞ-ı xilas etmək üçün yeganə şans olduğunu vurğulayan Tramp, ölkəsində Çinə müqavimət göstərə biləcək liderə ehtiyac olduğu fikri müdafiə edib.
Təbliğat kampaniyasına başlayacağını deyən Donald Trampın Respublikaçılar arasında rəqibi olacaq keçmiş vitse-prezident Mayk Pens, Florida qubernatoru Ron De Santis və Cənubi Karolina ştatının keçmiş qubernatoru Nikki Heylinin tezliklə namizədliklərini açıqlayacaqları gözlənilir.
Әlaqәli Xәbәrlәr
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb
Şimali Koreya şimal sərhədi yolunu minaladı
Bu barədə "Yonhap" agentliyi Cənubi Koreya ordusu məlumat yayıb