Yaponiyanın Baş naziri Ukraynaya səfər edə bilər

Yaponiyanın baş naziri Kişida Fumio müvafiq şəraitin yaranacağı təqdirdə Ukraynaya səfər edəcəyini bildirib.

1938580
Yaponiyanın Baş naziri Ukraynaya səfər edə bilər

Yaponiyanın Baş naziri Kişida Fumio müvafiq şəraitin yaranacağı təqdirdə Ukraynaya səfər edəcəyini bildirib.

Rusiyanın Ukraynaya hücum etdiyi gündən etibarən G7 ölkələrinin yüksək səviyyəli nümayəndələri bu ölkəyə səfər ediblər.

Yaponiyanın baş naziri Kişida Fumio da milli assambleyanın sessiyasında etdiyi çıxışda müvafiq şəraitin yaranacağı təqdirdə Ukraynaya səfər edəcəyini bildirib.
''Hazırda səfərla bağlı hərhansı qərar verilməyib'' deyən Kişida Fumio müxtəlif vəziyyətləri nəzərə alaraq Ukraynaya səfər etməyi düşünəcəyini bildirib.
Yaponiyanın rəsmi ''Kyodo'' xəbər agentliyinin Nazirlər Kabinetinin məlumatına istinadən yaydığı xəbərdə Yaponiya liderinin Ukraynaya səfərinin təhlükəsizlik problemlərinə görə planlaşdırıla bilmədiyi bildirilib.



Әlaqәli Xәbәrlәr