Buenos-Ayres bəyannaməsi

“Buenos-Ayres bəyannaməsi” ilə yekunlaşan sammitdə üzv ölkələr Kubaya qarşı iqtisadi embarqonun dayandırılmasını tələb edib və Venesuelada iqtidar-müxalifət dialoqunun müsbət qarşılandığını bəyan ediblər...

1937526
Buenos-Ayres bəyannaməsi

 

  Argentinanın paytaxtı Buenos-Ayresdə Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyinin (CELAC) dövlət və hökumət başçılarının 7-ci sammiti başa çatıb.

  “Buenos-Ayres bəyannaməsi” ilə yekunlaşan sammitdə üzv ölkələr Kubaya qarşı iqtisadi embarqonun dayandırılmasını tələb edib və Venesuelada iqtidar-müxalifət dialoqunun müsbət qarşılandığını bəyan ediblər:

  Amerika qitəsinin birliyi üçün inteqrasiya prosesində qətiyyətlə irəliləyiş və ümumi maraq doğuran məsələlər üzrə konsensusun dərinləşdirilməsi səyləri dəstəklənəcək.

  Latın Amerikası və Karib hövzəsi dövlətləri narkotiklərlə mübarizədə beynəlxalq əməkdaşlığa daha çox töhfə verəcəklər.

  Kubanın “Terrorçuluğu dəstəkləyən ölkələr siyahısı”ndan çıxarılmasını tələb edirik.

  Böyük Britaniya ilə Malvinas (Folklend) adaları üzərindəki suverenlik mübahisəsində Argentinanın qanuni hüquqlarına ən güclü regional dəstəyimizi bir daha vurğulayırıq.

  Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyinə üzv dövlətlər demokratiyaya sadiqlik, müvafiq məsələlər üzrə konsensus və davamlı iqtisadi bərpanı prioritet hesab edir”.

  Sammitə video-konfrans vasitəsilə qatılan Venesuela prezidenti Nikolas Maduro üzvlərə müraciət edərək “Gəlin, suverenlik və müstəqillik uğrunda səsimizi birləşdirək, qitənin azad ölkələrinə qarşı müdaxiləni dayandırmaq üçün səsimizi yüksəldək” deyib.



Әlaqәli Xәbәrlәr