Almaniya Ukraynaya “Leopard 2” ABŞ isə “M1 Abrams” tankları verəcək

Almaniya kansleri Olaf Şolz aylarla davam edən müzakirələrdən sonra Ukraynaya “Leopard 2” döyüş tankları tədarük etmək qərarına gəlib.

1937839
Almaniya Ukraynaya “Leopard 2” ABŞ isə “M1 Abrams” tankları verəcək

Məlumata görə, söhbət “Leopard 2A6 tanklarının ən azı bir bölüyündən gedir. Bildirilir ki, digər müttəfiqlər, xüsusən də Polşa “Leopard 2” döyüş tanklarını Kiyevə göndərmək istəyirlər. Almaniya hökuməti bu növ texnikanın ixracına icazə verməyi planlaşdırır. Qeyd olunur ki, “Leopard 2” tankları Almaniya Silahlı Qüvvələrinin öz ehtiyatlarından Ukraynaya göndəriləcək. Orta və uzunmüddətli perspektivdə isə sənaye ehtiyatlarından digər döyüş tankları da istifadəyə hazırlana bilər.

ABŞ prezidenti Cozef Baydenin də “M1 Abrams” tanklarını bu həftə Ukraynaya təhvil verəcəklərini açıqlayacağı gözlənir.

ABŞ-dan bir rəsmi  mövzu ilə əlaqəli: “Prezident Bayden bu həftə, ən tez sabah Ukraynaya “M1 Abrams” tankı tədarük edəcəyini açıqlayacaq”.

Digər tərəfdən, Kremlin sözçüsü Dmitriy Peskov ABŞ-ın Ukraynaya göndərməyi planlaşdırdığı “Abrams” tanklarının təsirinin mübalığa edilməməsinin  lazım gəldiyini  ifadə edərək: “Bu  tanklar da digərləri  kimi yanacaq. Lakin onlar çox bahadır və bunun  bədəlini ilk növbədə avropalı vergi ödəyiciləri ödəyəcək”.



Әlaqәli Xәbәrlәr