ABŞ “Google” şirkətini məhkəməyə verib

ABŞ Ədliyyə Nazirliyi “Google” korporasiyasını onlayn reklam bazarında lider mövqeyi ilə bağlı məhkəməyə verib.

1937821
ABŞ “Google” şirkətini məhkəməyə verib

Bu barədə nazirliyin saytında bildirilib.

“Bu gün Ədliyyə Nazirliyi Kaliforniya, Kolorado, Konnektikut, Nyu-Cersi, Nyu York, Rod-Aylend, Tennessi və Virciniya Baş Prokurorları ilə birlikdə “Google”a qarşı rəqəmsal reklam məhsullarının inhisarlaşdırılması hallarına görə mülki antiinhisar iddiası qaldırıb”, – deyə qeyd olunub.

Bildirilib ki, “Google” 15 ildir ki, qeyri-qanuni rəqabət əleyhinə mübarizə üsullarından istifadə edib ki, bu da reklamın qiymətinin artmasına və ölkə miqyasında kütləvi informasiya vasitələrinə ziyan vurmasına səbəb olub.

 



Әlaqәli Xәbәrlәr