İ.Konaşenkov:Rusiya qoşunları Donetsk və Zaporojyedəki iki yaşayış məntəqəsini nəzarətinə keçirib

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığındakı Klesçeyevka və Zaporojye vilayətinin Lobkoye qəsəbəsini nəzarət altına aldıqlarını açıqlayıb.

1935860

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konoşenkov Ukraynada hәyata keçirilәn әmәliyyatın gedişatı ilә bağlı mәlumat verib.

Rusiya ordusunun hücumlarını davam etdirdiyini bildirən Konaşenkov Kupyansk istiqamətindəki hücumlarda Ukrayna ordusunun 30-dan çox, Krasno-Limanski istiqamətində isə 40-dan çox əsgərinin zərərsizləşdirildiyini bildirib.

Donetsk vilayətinin Bəxmut şəhəri yaxınlığındakı Klesçeyevka qəsəbəsinin Rusiya qüvvələri tərəfindən nəzarət altına alındığını açıqlayan Konaşenkov deyib: “Cənub Hərbi Dairəsindən  döyüş-taktiki, hərbi hava qüvvələri, raket və artilleriya dəstəyi alan könüllü zərbə dəstələri Donetsk Xalq Respublikasının (qondarma) Kleşeyevka qəsəbəsini azad edib”. 

İqor Konaşenkov burada keçirilən əməliyyatlar zamanı bir gündə 60-dan çox ukraynalı əsgəri zərərsizləşdirdiklərini bildirib.

Zaporojyadakı Lobkoye qəsəbəsinin nəzarətə altına alındığını qeyd edən İqor Konaşenkov deyib.
Rusiya sözçüsü bildirib ki, fevral ayından bu yana Ukraynada 374 təyyarə, 202 helikopter, 2 min 908 pilotsuz uçuş aparatı, 401 hava hücumundan müdafiə  sistemi, 7 min 583 tank və zirehli texnika, 985  reaktiv yaylım atəşi sistemi, 3 min 878 haubitsa və minaatan, 8 min 12 şəxsi  hərbi texnika məhv edilib.

Әlaqәli Xәbәrlәr