Dmitri Peskov Ukraynaya mümkün tank tədarükü məsələsini qiymətləndirib

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya mümkün tank tədarükünün vəziyyəti daha da pisləşdirəcəyini söyləyib.

1935782

Dmitri Peskov paytaxt Moskvada jurnalistlərin suallarını cavablandırıb.
Ukraynaya mümkün tank tədarükünün mənfi nəticələrə gətirib çıxaracağını bildirən Dmitri Peskov deyib:“Bunun nəticələri mütləq mənfi olacaq. Daha əvvəl dediyimiz kimi, bu cür tədarük heç nəyi dəyişməyəcək, lakin Ukrayna və Ukrayna xalqı üçün problemlər yaradacaq”. 
NATO-nun Ukraynadakı prosesə getdikcə daha çox müdaxilə etdiyini  bildirən Dmitri Peskov deyib: “Biz vəziyyətin gərginləşdiyini müşahidə edirik. NATO ölkələrinin münaqişəyə dolayı və bəzən də birbaşa müdaxilə etdiyini görürük. Bu iştirakın artmaqda davam etdiyini göstərən bəyanatlar eşidirik”.
Amerika Birləşmiş Ştatlarının Almaniyadakı Ramstein aviabazasında Ukraynaya ''Leopard'' tanklarının göndərilməsi məsələsininin müzakirə ediləcəyi bildirilir.
Qeyd edək ki, Polşa və Finlandiya  Ukraynaya ''Leopard 2'' tanklarını tədarük etməyə hazır olduqlarını açıqlayıblar.

Әlaqәli Xәbәrlәr