Yens Stoltenberq:''Ukraynaya daha çox silah göndərilməlidir''

NATO-nun baş katibi Yens Stoltenberq  təcili olaraq Ukraynaya daha çox silah göndərilməsinin vacibliyini vurğulayıb.

1934965
Yens Stoltenberq:''Ukraynaya daha çox silah göndərilməlidir''

NATO-nun baş katibi Yens Stoltenberq  təcili olaraq Ukraynaya daha çox silah göndərilməsinin vacibliyini vurğulayıb.
Yens Stoltenberq Dünya İqtisadi Forumu (WEF) çərçivəsində keçirilən “Sülh və təhlükəsizliyin təmin edilməsi” mövzusunda panel iclasda iştirak edib.
Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibədə qalib gəlməsinin dünyanı çox təhlükəli  vəziyyətə salacağını vurğulayan Yens Stoltenberq deyib: ''Çünki o zaman avtoritar liderlərə verilən mesaj ondan olacaq ki, onlar beynəlxalq hüquq normalarını pozduqlarında istədiklərini əldə edə bilərlər''.
Yens Stoltenberq sözlərinə belə davam edib:"Müharibənin danışıqlar və sülh yolu ilə həllini istəyiriksə, Ukraynaya hərbi dəstək verməliyik. Bu, yeganə yoldur. Sülhə gedən yol silahdan keçir. Bu, paradoks kimi görünə bilər, lakin danışıqlar yolu ilə razılığa gəlməyin yeganə yoludur. Bu Prezident Putini müharibədə qalib gələ bilməyəcəyinə inandırmaqdır”.
NATO-nun Baş katibi qeyd edib ki, Ukraynaya təcili olaraq daha çox yardım göstərilməlidir.
Yens Stoltenberq İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı sualı cavablandıraraq deyib ki, Türkiyenin üzvlük prosesini başa çatdıracağına əminəm.
Yens Stoltenberq Türkiyenin təhlükəsizliklə bağlı narahatlıqlarının qanuni olduğunu və NATO ölkələri arasında terror hücumlarına ən çox məruz qalan ölkənin Türkiye olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr