Əfqanıstanda soyuq hava şəraiti səbəbindən həyatını itirənlərin sayı 70-ə yüksəlib

Əfqanıstanda son günlər soyuq hava şəraiti səbəbindən həyatını itirənlərin sayı 70-ə yüksəlib.

1935000
Əfqanıstanda soyuq hava şəraiti səbəbindən həyatını itirənlərin sayı 70-ə yüksəlib

Əfqanıstanda son günlər soyuq hava şəraiti səbəbindən həyatını itirənlərin sayı 70-ə yüksəlib.

Taliban müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyi son 8 gündə ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi səbəbindən 70 nəfərin həyatını itirdiyini açıqlayıb.

“İlkin məlumatlara görə, Badgis, Qazni, Nimruz, Paktika, Herat, Qəndəhar və Fəryabda qar yağması və soyuq hava səbəbindən 70 nəfər həyatını itirib”- deyə Fövqəladə Hallar Mərkəzinin direktoru Mevlevi Abdullah Muhammedi bidirib.

Mərkəzin direktoru ölkə üzrə 70 min heyvanın da eyni səbəbdən tələf olduğunu söyləyib. Əfqanıstanın qərbindəki Herat əyalətində qış mövsümü başlayandan küçələrdə yaşayan 45 narkotik aludəçisinin donaraq öldüyü açıqlanıb.

Əfqanıstanda iqtisadi böhran səbəbindən qışda odun və kömür ala bilməyən böyük bir aztəminatlı əhali qrupu var. Kənd yerlərində rəsmi qeydiyyatın aparılmaması oxşar itkilərin daha çox olacağı ehtimalını artırır.

Xüsusilə qışda nəqliyyatın çətinliyi humanitar təşkilatların ehtiyacı olan ailələrə yardım çatdırmasını çətinləşdirir.



Әlaqәli Xәbәrlәr