Dünyanın ən çox bağlantılı hava limanları

“Cirium”un "Dünyanın ən bağlantılı hava limanları" siyahısı açıqlanıb

1935126
Dünyanın ən çox bağlantılı hava limanları

 

  İstanbul Hava Limanı “Dünyanın ən çox bağlantılı hava limanları” arasında ikinci yerdədir.

  İstanbul Hava Limanı operatoru İGA-nın verdiyi məlumata görə, “Cirium”un "Dünyanın ən bağlantılı hava limanları" siyahısı açıqlanıb.

  1. “Lufthansa”nın Almaniyadakı əsas mərkəzi olan Frankfurt Hava Limanı 330 istiqamətə əlaqə ilə birinci,
  2. İstanbul Hava Limanı 309 istiqamətə nəqliyyatı ilə ikinci,  
  3. Fransanın paytaxtı Parisdəki Şarl de Qoll (Charles De Gaulle) hava limanı isə 308 istiqamətə uçuşla üçüncü,  
  4. Siyahıya əsasən, Amsterdamın “Schiphol” hava limanı dördüncü,
  5. ABŞ-dan “Chicago O'Hare” hava limanı beşinci,
  6. ABŞ-dan “Dallas-Fort Wort” hava limanı altıncı,
  7. Birləşmiş Ərəb Əmirliklərinin Dubay Beynəlxalq Hava Limanı yeddinci,
  8. İngiltərənin paytaxtı Londondakı Hitrou (Heathrow) hava limanı səkkizinci,
  9. İtaliyanın paytaxtı Romadakı “Fiumicino” beynəlxalq hava limanı doqquzuncu və
  10. ABŞ-ın Denver hava limanı onuncu yerdə olub.


Әlaqәli Xәbәrlәr