Almaniya və ABŞ Ukraynanı dəstəkləməyə davam edəcəklərini bildirib

Almaniyanın müdafiə naziri Boris Pistorius və ABŞ-ın (ABŞ) müdafiə naziri Lloyd Ostin Ukraynaya dəstəyin davam edəcəyini açıqlayıb.

1935309
Almaniya və ABŞ Ukraynanı dəstəkləməyə davam edəcəklərini bildirib

Almaniyanın müdafiə naziri Boris Pistorius və ABŞ-ın (ABŞ) müdafiə naziri Lloyd Ostin Ukraynaya dəstəyin davam edəcəyini açıqlayıb.

Boris Pistorius bu gün Federam Məclisdə and içdikdən sonra Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Lloyd Ostin ilə görüşüb.

Görüşdən əvvəl açıqlama verən Boris Pistorius keçmişdə olduğu kimi bu gün də ABŞ-ın Almaniyanın ən mühüm müttəfiqi olduğunu bildirərək Rusiya prezidenti Vladimir Putinin başlatdığı müharibənin NATO-ya güclü ittifaq olduğunu sübut etmək imkanı verdiyini bildirib. 

Nazir Pistorius NATO-ya ortaq dəyərlərə, strategiyaya və məsuliyyətə əsaslanan təmələ malik olduğu üçün minnətdarlığını bildirərək, Almaniya və ABŞ-ın keçmişdə və bu dövrdə çiyin-çiyinə irəlilədiyini bildirib.

Almaniyanın Ukraynaya haubitsa, Gepard tipli zenit tankları və İris-T hava hücumundan müdafiə sistemi verdiyinə diqqət çəkən Pistorius deyib: “Gələcəkdə tərəfdaşlarımızla birlikdə Ukraynanın azadlıq, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəsində dəstəyimizi davam etdirəcəyik”. 

ABŞ-ın müdafiə naziri Lloyd Ostin də öz növbəsində Pistoriusu yeni vəzifəsi münasibətilə təbrik edib.

Avropanın və dünyanın təhlükəsizlik baxımından təlatümlü dövr yaşadığını qeyd edən Lloyd Ostin Almaniyanın ABŞ-ın ortaq dəyərləri paylaşan ən yaxşı müttəfiqlərindən biri olduğunu bildirib.

Lloyd Ostin Almaniya hökumətinə Ukraynanın özünü müdafiə etməsi üçün etdiklərinə və NATO-nun şərq cinahını gücləndirməsi üçün  göstərdiyi dəstəyə görə təşəkkür edib.

"Biz Ukraynanın özünümüdafiəsini dəstəkləməyə davam edəcəyik", -deyə Lloyd  Ostin bildirib.


Etiketlәr: #Ukrayna , #ABŞ , #Almaniya

Әlaqәli Xәbәrlәr