Nigeriyada 25 milyon insanın әrzaq böhranı ilә üzlәşәcәyi ilә bağlı xәbәrdarlıq edilib

Nigeriyada bu il 25 milyon insanın ərzaq böhranı ilə üzləşəcəyi ilə bağlı xəbərdarlıq edilib.

1934047
Nigeriyada 25 milyon insanın әrzaq böhranı ilә üzlәşәcәyi ilә bağlı xәbәrdarlıq edilib

Nigeriyada bu il 25 milyon insanın ərzaq böhranı ilə üzləşəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) verdiyi bəyanatda  bildirilib. Bəyanatda ''Carde Harmonise''nin 2022-ci ilin 22 oktyabr tarixində yayımladığı hesabata diqqət çəkilib.

Hesabatda hökumət və beynəlxalq təşkilatların tədbir görməyəcəyi təqdirdə Nigeriyada iyun-avqust aylarında 25 milyon insanın ərzaq böhranı ilə üzləşəcəyi bildirilib.

Bəyanatda ölkədə qarşıdurma, iqlim dəyişikliyi, inflyasiya və artan ərzaq qiymətlərinin narahatedici həddə çatdığı vurğulanıb və bu səbəblərdən 17 milyon insanın ərzaq böhranı ilə üzləşə biləcəyi bildirilib.

Ölkədəki hava şəraitinin gələcəkdə ərzaq təhlükəsizliyinə təsir edən ən böyük amillərdən biri olacağı diqqətə çatdırılıb.



Әlaqәli Xәbәrlәr