Böyük Britaniyada tibb bacıları tətilə hazırlaşır

İngiltərə və Uelsdəki tibb bacıları artan yaşayış dəyəri və inflyasiya fonunda ədalətli maaş artımı tələbi ilə fevral ayında yenidən tətil edəcəklər.

1933737
Böyük Britaniyada tibb bacıları tətilə hazırlaşır

TRT-nin xarici mətbuata istinad etdiyi xəbərinə görə ölkə üzrə 3 milyondan çox üzvü olan və tibb bacılarını təmsil edən RCN (Royal College of Nursing) həmkarlar ittifaqının açıqlamasında bildirilib ki, indiyə qədər ən böyük miqyaslı tətil fevral ayında keçiriləcək.

Həmkarlar ittifaqından yayılan açıqlamada yanvarın sonuna qədər İngiltərə və Uelsdə aparılan danışıqlarda irəliləyiş olmaması halında tətilin 6 fevralda başladılacağına və iki gün davam edəcəyinə dipqqət çəkilib.

Qeyd edək ki, İngiltərə, Uels və Şimali İrlandiyada on minlərlə tibb bacısı dekabrın 15 və 20-də tətilə çıxıb. RCN həmkarlar ittifaqı əmək haqqının 19 faiz artırılmasını tələb etsə də, hökumət tələbə biganə qalıb.

 



Әlaqәli Xәbәrlәr