Dünya İqtisadi Forumu başladı

Davos Sammiti kimi tanınan 53-cü Dünya İqtisadi Forumu öz işinə başlayıb.

1933325
Dünya İqtisadi Forumu başladı
dunya ekonomik forumu davos.jpg
dunya ekonomik forumu davos.jpg
dunya ekonomik forumu davos.jpg

Yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində “Parçalanmış dünya şəraitində əməkdaşlıq” devizi altında keçiriləcək Dünya İqtisadi Forumuna

50-si dövlət və ya hökumət başçısı olmaqla, bir çox beynəlxalq təşkilatların və iş dünyasının nümayəndələrindən ibarət 2700 qədər dəvətli iştirak edir.

Liderlərin çıxışları və bir çox müxtəlif sahələrdə sessiyalar sabah start götürəcək.

ABŞ, Çin və Rusiya kimi ölkələrin dövlət və ya hökumət başçıları seviyyəsində təmsil olmayacaqları Sammitə, Türkiyədən də rəsmi iştirak olmayacaq.

Forum çərçivəsində xüsusilə iqtisadiyyat, 24 fevraldan bəri davam edən Rusiya-Ukrayna müharibəsi, yeni növ koronavirus (Covid-19) epidemiyası, texnologiya, enerji, iqlim dəyişikliyi, səhiyyə, miqrasiya və s. beynəlxalq böhran problemləri müzakirə ediləcək.

Xatırladaq ki, dünən iqlim fəalları Davosun Poçt İdarəsi Meydanında toplaşaraq Dünya İqtisadi Forumuna və iqlim dəyişikliyinə etiraz ediblər.

Ekoloqlar qeyd edirlər ki, sözügedən forum yalnız iqtisadi məqsədlər üçün təşkil edilib. iqlim dəyişikliyi və digər mühüm problemlərə həll yolları təklif etmir.

 

 



Әlaqәli Xәbәrlәr