İsveç xarici işlər naziri PKK/YPG-nin Stokholmda törətdiyi təxribatı pisləyib
İsveç xarici işlər naziri Tobias Billström separatçı terror təşkilatı PKK/YPG tərəfdarlarının paytaxt Stokholmda bələdiyyə binası qarşısındakı təxribatını “iyrənc” adlandıraraq reaksiya verib.
Billström sosial media hesabı “Twitter”-da paylaşdığı açıqlamasında: “Xalq tərəfindən seçilmiş prezidenti bələdiyyə binasının qarşısında asılmış kimi göstərmək iyrəncdir. İsveç hökuməti siyasi məsələlərlə bağlı açıq müzakirələri dəstəkləyir, lakin siyasi nümayəndələrin əleyhinə çıxışlara müsbət yanaşmır”.
Xatırladaq ki, Paytaxt Stokholmda tarixi bələdiyyə binasının qarşısında toplaşan terror təşkilatı PKK/YPG tərəfdarı bir qrup, prezident Rəcəb Tayyıb Ərdoğana bənzədilməyə çalışılan bir kuklanı dirəyə asıb və görüntüləri sosial mediada paylaşıb.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb