İsrail əsgərləri iki fələstinlini öldürüb

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinə basqını zamanı ağır yaraladığı 2 fələstinli gənc həyatını itirib, 3 fələstinli isə yaralanıb.

1932090
İsrail əsgərləri iki fələstinlini öldürüb

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinə basqını zamanı ağır yaraladığı 2 fələstinli gənc həyatını itirib, 3 fələstinli isə yaralanıb.

Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamaya görə, İsrail hərbçiləri İordan çayının qərb sahilinin şimalında yerləşən Kubatiye qəsəbəsinə basqın zamanı Əbdülhadi Yusifi sinəsindən, Həbib Kumeyli isə başından ağır yaralayıb.

İki fələstinli gənc aparıldıqları Cenin Dövlət Xəstəxanasında dünyasını dəyişib.

Basqınlar zamanı İsrail əsgərləri 3 fələstinlini də yaralayıb.

Bildirilib ki, İsrail ordusunun xüsusi təyinatlı qüvvələrinin əlavə qüvvələrlə keçirdiyi reydin məqsədi axtarışda olan Məhəmməd Əli Kamil adlı fələstinlini həbs etmək olub.

Basqınların qarşısını almağa çalışan fələstinli silahlı qiyamçılarla İsrail əsgərləri arasında toqquşmaların yaşandığı qeyd edilib.



Әlaqәli Xәbәrlәr