Volker Türk İrandakı edam cəzalarına reaksiya verib

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk İran hökumətinin cinayət araşdırmalarını və ölüm hökmlərini etirazlarda iştirak edənləri cəzalandırmaq və müxalifəti aradan qaldırmaq üçün silaha çevirdiyini bildirib.

1931000

Volker Türk verdiyi yazılı açıqlamada İrandakı nümayişlərə görə verilən ölüm hökmlərinə reaksiya verib. İranda polis nəzarətində olan gənc qadının ölümündən sonra başlayan etirazlarla əlaqədar 4 nəfərin edam edildiyini qeyd edən Volker Türk bu məhkəmə işlərinin beynəlxalq hüquq normaları,ədalətli mühakimə və qanuni prosesə zidd olduğunu ifadə edib.
Volker Türk  edamların "özbaşına həyatdan məhrumetmə" demək olduğunu ifadə edərək "Ən elementar hüquqlarından istifadə edərək nümayişlərə qatılan və ya təşkil edənləri cəzalandırmaq üçün həyata keçirilən mühakimələri silaha çevirmək dövlət sanksiyası ilə öldürmək mənasına gəlir'' deyib.
Volker Türk İran administrasiyasının cinayət araşdırmalarını və ölüm hökmlərini etirazlarda iştirak edənləri cəzalandırmaq və müxalifəti aradan qaldırmaq üçün silaha çevirdiyini bildirib.
Volker Türk İran hökumətinə öz xalqının həyat və istəklərinə hörmət etməsi və bütün edamları dayandırması ilə əlaqədar çağırış edib.

Sentyabrın 13-də paytaxt Tehranda İrşad patrul xidməti tərəfindən saxlanıldıqdan sonra komaya düşən 22 yaşlı Məhsa Əmini sentyabrın 16-da dünyasını dəyişib. Onun ölümü etirazlara səbəb olub.
Ölkədə 4 aya yaxındır davam edən nümayişlərlə bağlı 10-dan çox adama ölüm hökmü verilib, onlardan 4-ü edam edilib. Ölüm hökmlərinin bəziləri Kassasiya Məhkəməsi tərəfindən ləğv edilib.

Әlaqәli Xәbәrlәr