Əfqanıstanda partlayış baş verib

Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin binasının qarşısında güclü partlayış baş verib.

1931329
Əfqanıstanda partlayış baş verib

Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin binasının qarşısında güclü partlayış baş verib.

Taliban administrasiyasının Kabildəki Polis İdarəsinin sözçüsü Xalid Zadran sosial media hesabında etdiyi paylaşımda Xarici İşlər Nazirliyinin yaxınlığında partlayışın baş verdiyini açıqlayıb.

Partlayışda ölənlərin olduğunu ifadə edən Zadran hadisə yerinə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirib.

Taliban qüvvələri nazirliyə gedən küçələri nəqliyyatın hərəkəti üçün bağlayıb. Hadisə yerində geniş təhlükəsizlik tədbirləri görülüb.

Kabilin mərkəzində yerləşən Təcili Tibbi Yardım Xəstəxanasına gedәn yol nəqliyyatın hәrәkәti  üçün bağlanıb.



Әlaqәli Xәbәrlәr