Fransanın ədliyyə naziri Mişel Uelbekə reaksiya verib

Fransanın ədliyyə naziri Erik Dupond-Moretti fransız yazıçı Mişel Uelbekin “Müsəlmanlar Fransaya qucaq açmır və ölkəni tərk etməlidirlər” ifadələrinin nifrət cinayəti olduğunu bildirib.

1929930

Fransanın BFMTV telekanalına müsahibə verən  Dupond-Moretti deyib: "Reaksiya vermək çox vaxt apardı. Niyə? Çünki belə ritorika adi hala çevrilib. Biz buna öyrəşmişik. Halbuki 15 il əvvəl bu cür ritorikanı qınamaq üçün ön sıralarda olurduq". 
Dupond-Moretti amerikalı politoloq Hannah Arendtin “pisləri bayağılaşdırmaq” ifadəsinə istinad edərək Mişel Uelbekə reaksiya verib.

Fransanın ədliyyə naziri deyib:''Müsəlmanlar başqaları kimi Fransız ola bilmir'' demək dözülməzdir. Bu ritorika nifrət cinayətidir və mənim bütün dəyərlərimə ziddir". 

“Front Populaire” jurnalının son sayında müsəlmanlara toxunan Mişel Uelbek deyib:  “Silahlı insanlar var, tüfənglə təmin edirlər, atıcılıq stendlərində dərs alırlar. Müsəlmanların getdiyi məscidlərdə və kafelərdə terror aktları və silahlı hücumlar olacaq”.

Әlaqәli Xәbәrlәr