ABŞ-da fərdi evdə 5-i uşaq olmaqla 8 şəxsin meyiti tapılıb

Amerika Birləşmiş Ştatlarının Yuta ştatındakı fərdi evdə 5-i uşaq olmaqla 8 nəfərin meyiti tapılıb.

1928248
ABŞ-da fərdi evdə 5-i uşaq olmaqla 8 şəxsin meyiti tapılıb

Amerika Birləşmiş Ştatlarının Yuta ştatındakı fərdi evdə 5-i uşaq olmaqla 8 nəfərin meyiti tapılıb.
Məlumata görə, polis Enok şəhərindəki evdə aparılan yoxlama zamanı 8 nəfərin meyitini tapıb.
Polisin mövzu ilə bağlı verdiyi açıqlamada 8 nəfərin silahla vurulması nəticəsində həyatını itirdiyi bildirilib.
Polis şübhəlinin tapılmadığını vurğulayıb.
Hadisə ilə bağlı araşdırma aparılır. Ölənlərin kimliyi ilə bağlı məlumat verilməyib.
Rəsmi ''Twitter'' səhifəsində paylaşım edən Yuta ştatının qubernatoru Spenser Koks bölgədəki zorakılıqdan təsirlənən hər kəsin yanında olduqlarını vurğulayıb.
"Xahiş edirəm, Enokda yaşayanlar üçün dua edin'',-deyə Yuta ştatının qubernatoru paylaşımında vurğulayıb.



Әlaqәli Xәbәrlәr