ABŞ-da yeni il şənlikləri zamanı silahlı insident olub, ölən və yaralananlar var

Amerika Birləşmiş Ştatlarının Florida və Alabama ştatlarında yeni ilin ilk saatlarında törədilən silahlı hücumlar nəticəsində 3 nəfər həyatını itirib, 13 nəfər yaralanıb.

1927015

Florida ştatının Okala qəsəbəsindəki Polis İdarəsinin  ''Twitter'' səhifəsində verilən açıqlamada bazar günü səhər saatlarında baş verən silahlı hücumda 2 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirib.
Açıqlamada bazar günü yerli vaxtla saat 04:30 radələrində təxminən 100 nəfərin toplaşdığı ərazidə  atışma səslərinin eşidildiyi, Davonta Harris və Abdul Hakeem Van Croskey adlı iki nəfərin hadisə yerində həyatını itirdiyi vurğulanıb.
Floridada baş verən hadisədən bir neçə saat əvvəl Alabama ştatında silahlı hücum nəticəsində 1 nəfər ölüb, bəziləri ağır olmaqla 9 nəfər yaralanıb.
Yerli polis yeni il şənliklərinin keçirildiyi Dauphin küçəsindən bir neçə məhəllə aralıda baş verən atışmada 24 yaşlı gəncin həyatını itirdiyini açıqlayıb.
Polis naməlum təcavüzkar tərəfindən həyata keçirilən silahlı hücumun səbəbinin hələlik məlum olmadığını, hadisə ilə bağlı şübhəli bilinən şəxsin saxlanıldığını qeyd edib.
Qeyd edək ki, hücumlarda yaralanan şəxslərin müalicəsi davam edir.

Әlaqәli Xәbәrlәr