ABŞ-da daşqınlar nәticәsindә 2 nәfәr ölüb
Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının bəzi bölgələrində baş verən daşqınlar nəticəsində 2 nəfər həyatını itirib.
Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının bəzi bölgələrində baş verən daşqınlar nəticəsində 2 nəfər həyatını itirib.
Sakramentodakı fövqəladə yardım qrupları daşqınlar səbəbindən qapalı qalan çox sayda insanı helikopterlə təhlükəsiz bölgələrə daşıyıb.
Leysan yağışların yağdığı Kaliforniya və Nevada ştatlarında təxminən 235 min ev və iş yerinin elektrik enerjisiz qaldığı bildirilib.
Zəlzələ ilə bağlı araşdırmalar aparan ABŞ Geoloji Xidmətinin məlumatına görə, Kaliforniya ştatının Rio Dell qəsəbəsində 5,4 bal gücündə zəlzələ baş verib.
Rio Dell bələdiyyəsindən verilən açıqlamada zəlzələ nəticəsində bölgədə 100-ə yaxın evin zərər gördüyü bildirilib.
Açıqlamada zəlzələ səbəbindən qəsəbə sakinlərinin yarısının işığının, 30 faizinin isə suyunun kəsildiyi bildirilib.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb