İsrail əsgərləri iki fələstinlini öldürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərində 2 fələstinlini öldürüb, 8 fələstinlini yaralayıb.

1926420
İsrail əsgərləri iki fələstinlini öldürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərində 2 fələstinlini öldürüb, 8 fələstinlini yaralayıb.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın xəbərinə görə, Cenin şəhərindəki İbni Sina xəstəxanasının müdiri Samir Atiyye işğalçı qüvvələrin şəhərin qərbindəki Kefr Dan kəndinə basqını zamanı atəş açması nəticəsində 2 nəfərin öldüyünü, biri ağır olmaqla 8 nəfərin yaralandığını bildirib.
İsrail ordusunun çox sayda əsgərlə Kefr Dan kəndinə etdiyi basqınla daha əvvəl həyatını itirən fələstinli Əbdürrəhman Hani Abidin evinin dağıdılmasının hədəf alındığı qeyd olunan xəbərdə həmin evin mühasirəyə alınması zamanı işğalçı qüvvələr ilə bölgədəki gənclər arasında toqquşmalar baş verdiyinə diqqət çəkilib. 

İsrail əsgərlərinin həmçinin, Əbdürrəhman Hani Abidin qardaşı Mahir Abidi də saxladığı bildirilib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Fələstin Rəhbərliyi və qeyri-hökumət təşkilatlarının yaydığı açıqlamalardan əldə edilən məlumata görə, İsrail qüvvələri 2022-ci il müddətində 168-i işğal altındakı İordan çayının qərb sahilində, 52-si mühasirədə olan Qəzza zolağında olmaqla aralarında 48 uşağın da olduğu 220-dən çox fələstinlini öldürüb, 9 mindən çox fələstinlini yaralayıb, fələstinlilərə məxsus 950 evi dağıtıb, 113 min 435 dekar ərazini də müsadirə edib.



Әlaqәli Xәbәrlәr