İtaliyanın Baş naziri Volodimir Zelenskini Romaya dəvət edib

İtaliyanın baş naziri Corcia Meloni Ukrayna prezidenti Volodimir Zelenskini Romaya dəvət edib və Kiyevə getmək niyyətinin olduğunu deyib.

1924448
İtaliyanın Baş naziri Volodimir Zelenskini Romaya dəvət edib

İtaliyanın baş naziri Corcia Meloni Ukrayna prezidenti Volodimir Zelenskini Romaya dəvət edib və Kiyevə getmək niyyətinin olduğunu deyib.
İtaliya Nazirlər Kabinetindən verilən yazılı açıqlamada Meloninin siyasi, hərbi, iqtisadi, humanitar məsələlərdə və Ukraynanın yenidən qurulmasında İtaliya hökumətinin Kiyevə  dəstəyini bir daha təkrarladığı bildirilib.
“Baş nazir Kiyevə getmək niyyətinin olduğunu deyib və prezident Volodimir Zelenskini Romaya dəvət edib”, - deyə məlumatda bildirilib.
Ukrayna prezidenti  Volodimir Zelenski də rəsmi ''Twitter'' səhifəsində etdiyi paylaşımda İtaliyanın Ukraynaya etdiyi əlavə 10 milyon avro yardımına görə Meloniyə təşəkkür edib və bu addımı alqışlayıb.
 



Әlaqәli Xәbәrlәr