Volodimir Zelenski və Narendra Modi arasında telefon danışığı olub

Hindistanın baş naziri Narendra Modi ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

1924149
Volodimir Zelenski və Narendra Modi arasında telefon danışığı olub

Hindistanın baş naziri Narendra Modi ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Hindistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, liderlər qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və fevralın 24-dən Ukraynada davam edən münaqişə ətrafında fikir mübadiləsi aparıblar.
Bəyanatda Modinin Ukraynadakı münaqişənin dərhal dayandırılması çağırışını qətiyyətlə təkrarladığı bildirilib.
Hindistanın hər cür sülh səylərini dəstəklədiyi vurğulanaraq Modinin Ukraynadakı münaqişədən zərər çəkmiş insanlara humanitar yardım göstərməyə davam etdirəcəyini ifadə etdiyi vurğulanıb.
Bəyanatda həmçinin bildirilib ki, görüş zamanı Hindistanın G20-yə sədrliyi və Ukraynanın müharibəyə son qoymaq üçün 10 bənddən ibarət olan “Ukrayna Formulu” adlı sülh formulu müzakirə edilib.
Volodimir Zelenski rəsmi ''Twitter'' səhifəsində etdiyi paylaşımda bu ifadələrə yer verib:"Hindistanın baş naziri Narendra Modi ilə telefon əlaqəsi saxladım. Modiyə BMT çərçivəsindəki humanitar yardım və dəstəyinə görə təşəkkür etdim''.



Әlaqәli Xәbәrlәr