Separatçı terror təşkilatı PKK tərəfdaşları Fransa polisinə hücum edib

''Le Parisien'' nəşrinin yaydığı məlumata görə, paytaxtın 10-cu bölgəsindəki Enghien küçəsində Fransa vətəndaşı ətrafdakı insanlara atəş açıb.

1923122
Separatçı terror təşkilatı PKK tərəfdaşları Fransa polisinə hücum edib
paris pkk yanlilari saldiri.jpg
paris pkk yanlilari saldiri1.jpg
paris pkk yanlilari saldiri2.jpg
paris pkk yanlilari saldiri2.jpg
paris pkk yanlilari saldiri1.jpg
paris pkk yanlilari saldiri.jpg

Separatçı terror təşkilatı PKK tərəfdaşları Fransanın paytaxtı Parisdə Fransa vətəndaşının silahla 3 nəfəri öldürdüyü, 3 nəfəri də yaraladığı yerdəki polislərə hücum edib və prospektdəki avtomobillərə və dükkanlara zərər verib.
''Le Parisien'' nəşrinin yaydığı məlumata görə, paytaxtın 10-cu bölgəsindəki Enghien küçəsində Fransa vətəndaşı ətrafdakı insanlara atəş açıb. Hücumda 3 nəfər ölüb, biri ağır olmaqla 3 nəfər yaralanıb.
Hücumun baş verdiyi yerdə bir nəfər saxlanılıb.
Hücumun məqsədi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Fransanın baş naziri Elisabet Borne də hücumda həyatını itirənlərin ailələrinə başsağlığı verərək təcavüzkarı saxlayan polisləri təbrik edib. Borne hadisə ilə bağlı istintaqın aparıldığını qeyd edib.
Hadisə yerinə gedən daxili işlər naziri Gerald Darmanin təcavüzkarın ifrat  sağçı olduğuna dair dəqiq məlumatın olmadığını bildirib. Darmanin deyib: "Hücumu törədən şəxs qəsdən əcnəbiləri hədəfə alsa da, kürdlərin xüsusi olaraq hədəf alındığını söyləyə bilmərik".
Daxili işlər naziri vəzifəsini icra etdiyindən bəri buna oxşan 9 olayın yaşandığını, 11 ifrat sağçı dərnəyin bağlandığını bildirən Darmanin təcavüzkarın bunların heç biri ilə əlaqəsi olduğuna dair heç bir dəlil olmadığını bildirib.

Darmaninin çıxışından sonra Parisdəki hücumun kürdlərə qarşı olduğunu iddia edən terror təşkilatı PKK tərəfdarları bölgədəki polislərə hücum edib və prospektdəki avtomobillərə və mağazalara ziyan vurub. Polis hücum edənlərə gözyaşardıcı qazla müdaxilə edib.
Hadisələr zamanı terror təşkilatı PKK-ya dəstək şüarları səsləndirən təcavüzkarlar terror təşkilatını simvolizə edən bayraqlar daşıyıb.
Fransa prezidenti Emmanuel Makron rəsmi  ''Twitter'' səhifəsində etdiyi paylaşımda bu ifadələrə yer verib: "Fransadakı kürdlər Parisin ortasında xain hücumun hədəfi oldu''.Fransa prezidenti  təcavüzkara müdaxilə edən Fransa polisini təbrik edib.
Fransa mətbuatı 69 yaşlı təcavüzkarın Fransanın rəsmi dəmir yolu şirkəti  SNCF-nin keçmiş əməkdaşı olduğu ilə bağlı məlumat yayıb. Məlumatda təcavüzkarın pensioner olduğu bildirilib.

Xəbərdə təcavüzkarın 2016 və 2021-ci illərdə iki dəfə cinayət törətməyə cəhd etdiyi, 2021-ci ilin dekabrında isə əlində qılıncla Parisdəki immiqrasiya mərkəzinə hücum etdiyi və 2 nəfəri yaraladığı ifadə edildi. Təcavüzkarın bu səbəbdən həbs olunduğu və bu ay həbsdən çıxdığı qeyd olunub.
Bu arada, Parisdəki hücumdan sonra terror təşkilatına mənsub 150-yə yaxın PKK tərəfdaşı Fransanın cənubundakı Marsel şəhərindəki Bouches-du-Rhones Valiliyinin qarşısında toplaşıb.Terror təşkilatını simvolizə edən bez parçası daşıyan qrupla polis arasında baş verən qarşıdurma nəticəsində dörd polis yüngül yaralanıb, 4 nümayişçi saxlanılıb.
Yunanıstanın paytaxtı Afinada da terror təşkilatı PKK tərəfdaşları Fransada 3 nəfərin ölümü ilə nəticələnən silahlı hücuma etiraz olaraq polisə hücum edib. 
Qeyd edək ki, polis təcavüzkarlara səs bombası ilə müdaxilə edib.



Әlaqәli Xәbәrlәr