ÜST: “10 ayda Ukraynada səhiyyəyə 700-dən çox hücum olub”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiya ilə Ukrayna arasında 10 aydır davam edən müharibədə Ukraynada səhiyyə xidmətlərinə qarşı 700-dən çox hücumun həyata keçirildiyini açıqlayıb.

1921670
ÜST: “10 ayda Ukraynada səhiyyəyə 700-dən çox hücum olub”

Bunu ÜST-nin Ukrayna nümayəndəsi Dr. Jarno Habicht həftəlik mətbuat konfransında deyib.

Ukraynada qışın pisləşməsi ilə əlaqədar xəstəlik riskinin artdığını ifadə edən Habicht, mövcud vəziyyətdən milyonlarla insanın ruh sağlamlığının mənfi təsirləndiyini qeyd edib.

Habicht, 24 fevraldan bəri ÜST səhiyyə müəssisələri, təchizat, nəqliyyat və digər vasitələrə təsir edən, tibb işçilərini və xəstələri yaralayan və ya öldürən 700-dən çox hücumu təsdiqləyib və bunun beynəlxalq hüququn açıq şəkildə pozulduğu mənasını verdiyini vurğulayıb.

Rusiyanın Ukraynada dinc əhalinin yaşadığı yerləri bombaladığına və enerji sahələrini hədəfə almasına toxunan Habicht, enerji sahəsindəki yaranan problemlərin xəstəxanalarda və səhiyyə xidmətlərində böyük ləngimələrə səbəb olduğunu sözlərinə əlavə edib.

 



Әlaqәli Xәbәrlәr