Qanada qarşıdurma, ölənlər var

Qərbi Afrika ölkəsi olan Qanada etnik zəmində toqquşma baş verib.

1920837
Qanada qarşıdurma, ölənlər var

TRT xarici mətbuata istinadən xəbər verir ki, hadisə Apperist regionunda yaşanıb.

 Belə ki, yaşlı kişinin müəmmalı ölümündən sonra kusasi və mamprusi etnik qrupları arasında gərginlik yaranıb. Silahlı toqquşmaya çevrilən qarşıdurma nəticəsində 7 nəfər həyatını itirib. 1 nəfər isə yaralanıb.

Hüquq-mühafizə orqanlarının açıqlamasına görə, əraziyə xeyli sayda təhlükəsizlik qüvvələri cəlb olunub, prosesin nəzarət altına alınması üçün tədbirlər görülür.

Qeyd edək ki, Qanadakı etnik qruplar arasında təbii resursların istifadəsi ilə bağlı mütəmadi olaraq problemlər yaşanır.



Әlaqәli Xәbәrlәr