Şimali Koreya Yapon dənizi istiqamətində 2 ballistik raket buraxdı

Qeyd edək ki, rəsmi Pxenyan cari ildə 62 ballistik raket buraxılışı həyata keçirib

1920305
Şimali Koreya Yapon dənizi istiqamətində 2 ballistik raket buraxdı

 

  Koreya Xalq Demokratik Respublikası (KXDR) dekabrın 18-də Yapon dənizi istiqamətində 2 ballistik raket buraxıb. Bu barədə Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb. Raketlərin Şimali Koreyanın Şimali Pyonqan vilayətindəki Tonqçanq adlı ərazidən yerli vaxtla saat 11:13-də və 12:05-də buraxıldığı bildirilir.

  Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahı ABŞ-dan olan həmkarları ilə birgə Şimali Koreyanın nüvə-raket fəaliyyətini davamlı nəzarətdə saxladıqlarını açıqlayıb.

  Qeyd edək ki, rəsmi Pxenyan cari ildə 62 ballistik raket buraxılışı həyata keçirib. İndiyədək Şimali Koreya il ərzində bu qədər raket buraxmayıb.



Әlaqәli Xәbәrlәr