Volodimir Zelenski xalqa müraciət edib

Ukrayna prezidenti Volodimir Zelenski  Rusiya ordusunun Ukraynaya qarşı daha bir neçə böyük hücum həyata keçirmək üçün kifayət qədər raket ehtiyatına malik olduğunu bildirib.

1920079
Volodimir Zelenski xalqa müraciət edib

Ukrayna prezidenti Volodimir Zelenski  Rusiya ordusunun Ukraynaya qarşı daha bir neçə böyük hücum həyata keçirmək üçün kifayət qədər raket ehtiyatına malik olduğunu bildirib. Zelenski hücumlara görə ümumilikdə 14 bölgədə elektrik enerjisinin kəsildiyini, Kiyev və ətrafındakı rayonlarda suların kəsildiyini bildirib.
Rəsmi teleqram kanalı vasitəsilə xalqa müraciət edən Volodimir Zelenski Rusiya qüvvələrinin Ukraynanın mühüm infrastrukturlarına qarşı həyata keçirdiyi raket hücumlarını qiymətləndirib.
Rusiya ordusu tərəfindən ölkəsinə atılan 60 raketin hava hücumundan müdafiə sistemləri ilə havada məhv edildiyini qeyd edən Volodimir Zelenski effektiv fəaliyyətlərinə görə hava hücumundan müdafiə qüvvələrinə təşəkkür edib.

Hücum zamanı paytaxt Kiyevin də hədəf alındığını bildirən Volodimir Zelenski deyib:“Ölkənin mərkəzi bölgələrində və Kiyev yaxınlığında 40-dan çox  raket məhv edilib”.
Hücumlar zamanı bir raketin Krivı Rih şəhərindəki evə düşməsi nəticəsində 3 mülki vətəndaşın həyatını itirdiyini, aralarında uşaqların da olduğu 10 nəfərin yaralandığını qeyd edən Volodimir Zelenski  hücumlarda mülki və enerji infrastrukturlarının hədəf aldığını bildirib.
Hücumlara görə 14 bölgədə elektrik enerjisinin kəsildiyini deyən Volodimir Zelenski Kiyev və ətrafındakı rayonlarda suların kəsildiyini bildirib.
Ukrayna lideri Volodimir Zelenski beynəlxalq tərəfdaşlarına Ukraynaya hava hücumundan müdafiə sistemləri tədarük etmələri ilə əlaqədar çağırış edib.



Әlaqәli Xәbәrlәr