BMT: ''Livandakı suriyalı qaçqınların humanitar yardıma ehtiyacı var''

Birləşmiş Millətlər Təşkilatı Livandakı suriyalı qaçqınların 90 faizinin humanitar yardıma ehtiyacı olduğunu açıqlayıb.

1920077
BMT: ''Livandakı suriyalı qaçqınların humanitar yardıma ehtiyacı var''

Birləşmiş Millətlər Təşkilatı Livandakı suriyalı qaçqınların 90 faizinin humanitar yardıma ehtiyacı olduğunu açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) yayımladığı  birgə bəyanatda Livanda humanitar yardıma ehtiyacı olan ailələrə dəstək verilməsi ilə əlaqədar çağırış edilib. 
Bəyanatda Livandakı suriyalıların humanitar vəziyyəti qiymətləndirilib.
Birgə bəyanatda bildirilib ki, Livanda yaşayan suriyalı qaçqınların 90 faizi humanitar yardıma möhtacdır. Qaçqın ailələrinin əksəriyyətinin yemək üçün borc pul aldığı bildirilib.
2022-ci ildə 6-14 yaş arası suriyalı qaçqın uşaqların yalnız 60 faizinin müntəzəm olaraq məktəbə getdiyi qeyd edilib.
Bəyanatda  həmçinin uşaqların qidalanmasında ciddi problem olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr