Almaniyada nəhəng akvarium partladı

Berlində hoteldə nəhəng akvarium partlayıb.

1919927
Almaniyada nəhəng akvarium partladı
almanya akvaryum.jpg
almanya'da akvaryum patladi.jpg

TRT Xarici mediaya istinadla xəbər verir ki, Berlinin mərkəzində yerləşən “Raddison Blu” hotelində 16 metrlik nəhəng akvarium partlayıb.

Hadisə yerinə 100-dən çox yanğınsöndürən cəlb edilib.

Bild nəşrinin məlumatına görə, yerli vaxtla səhər saat 6-da nəhəng akvariumdan su sızmağa başlayıb. Nəticədə çat genişlənib və su təzyiqlə ətrafa dağılıb. Akvariumlu otelin yerləşdiyi Karl-Liebknecht-Ştrasse küçəsi bağlanıb. Hadisənin səbəbi hələ müəyyən edilməyib.

Qeyd edək ki, "Sea Life" akvariumunda 1500 tropik balığın olduğu bildirilir.


Etiketlәr: #nəhəng akvarium

Әlaqәli Xәbәrlәr