ABŞ-ın Luiziana ştatında tornado baş verib, ölənlər var

ABŞ-ın cənub ştatlarından Luizianada tornado nəticəsində 3 nəfər ölüb.

1919431
ABŞ-ın Luiziana ştatında tornado baş verib, ölənlər var

Yeni Orlean da daxil olmaqla, ştatın şimalından cənubuna qədər təsirli olan fırtına səbəbi ilə həyat ifliç olub. Ştat üzrə 40 mindən çox abonent işıqsız qalıb.

Yeni Orlean Fövqəladə Hallar İdarəsinin Direktoru Collin Arnold bildirib ki, şəhərdəki müəssisələrə və yaşayış evlərinə böyük ziyan dəyib. Bir evin dağılması nəticəsində üç nəfər həyatını itirib.

Luiziana, Missisipi, Alabama və Florida ştatlarının bəzi hissələri də daxil olmaqla Körfəz sahillərində şiddətli tufan baş verəcəyi proqnozmaşdırılır.



Әlaqәli Xәbәrlәr