Yəməndə məktəbə hücum edilib, ölən və yaralananlar var

Yəmənin Həcc əyalətindəki bir məktəbə pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində 1 uşaq həlak olub, 3 uşaq isə yaralanıb.

1918354
Yəməndə məktəbə hücum edilib, ölən və yaralananlar var

Yəmənin Həcc əyalətindəki bir məktəbə pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində 1 uşaq həlak olub, 3 uşaq isə yaralanıb.
Yəmən hökumətinin “Sevra Net” saytının yerli mənbələrə istinadən yaydığı məlumatda İran tərəfindən dəstəklənən husilərin Həccin Hayran bölgəsindəki Deyr kəndi yaxınlığındakı “Əs-Salam'' məktəbinə  məktəbi”nə hücum etdiyini açıqlayıb.
Xəbərdə deyilir: ''Husilər dərs zamanı  ''alam'' məktəbini bombalayıb.
Hücum nəticəsində 11 yaşlı uşağın öldüyü, 3 uşağın isə yaralandığı bildirilib.
Husilər hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Ölkənin şimal-qərbində yerləşən Həcc əyalətinin böyük hissəsi husilərin nəzarəti altında olsa da, hökumət qüvvələri Hayran da daxil olmaqla bəzi bölgələri nəzarətinə keçirib.
Qeyd edək ki, Yəmənin paytaxtı Səna və bəzi bölgələri 20214-cü ilin sentyabr ayından etibarən İran tərəfindən dəstəklənən husilərin nəzarətindədir.
Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri 2015-ci ilin mart ayından etibarən  husilərlə  mübarizə çərçivəsində Yəmən hökumətinə dəstək verir.
Qeyd edək ki, Yəmən hökuməti ilə husilər arasında əldə olunan atəşkəs oktyabrın 2-də başa çatıb.



Әlaqәli Xәbәrlәr