Niderlandın ilk türk bələdiyyə sədri vəzifəsinin icrasına başladı

Niderlandın ilk türk əsilli bələdiyyə sədri Huri Şahin Reysveyk bələdiyyəsində keçirilən mərasimdə and içərək rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

1918111
Niderlandın ilk türk bələdiyyə sədri vəzifəsinin icrasına başladı
huri sahin1.jpg
huri sahin.jpg

Onun sözlərinə görə, heç kəs diqqətdən kənarda qalmamalıdır:

“Öz təcrübəmdən bilirəm ki, bəzən bələdiyyədən gələn məktub kiminsə həyatında böyük dəyişiklik yarada bilər. Mən Reysveyk şəhərində yaşayan bütün insanları dinləyən, qayğıkeş bir bələdiyyə başçısı olmaq istəyirəm”.

Huri Şahin Reysveyk və ölkənin ilk türk bələdiyyə sədri olmaqdan xoşbəxt və qürurlu olduğunu söyləyib.

Huri Şahin karyerasında bələdiyyə məclisinin üzvü, bələdiyyə komitəsinin üzvü, Uşaq Hüquqları Dərnəyinin prezidenti, Niderland Dövlət Şurası katibinin müavini kimi müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, Niderlandda bələdiyyə sədri iş müraciəti əsasında müəyyən prosedurlara riayət etməklə kral tərəfindən seçilir

 


Etiketlәr: #Huri Şahin , #Niderland

Әlaqәli Xәbәrlәr