İslam Əməkdaşlıq Təşkilatı bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Çin-Ərəb ölkələri sammitinin nəticələrindən məmnun olduğunu açıqlayıb.

1917118
İslam Əməkdaşlıq Təşkilatı bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Çin-Ərəb ölkələri sammitinin nəticələrindən məmnun olduğunu açıqlayıb.
İslam Əməkdaşlıq Təşkilatından verilən yazılı açıqlamaya görə, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüseyn İbrahim Taha sammitin nəticələrinin Ərəb-Çin dostluğu ilə onların ortaq maraqlarına xidmət edəcəyini və Ərəb ölkələri ilə Çin arasındakı əməkdaşlıq və tərəfdaşlığa təkan verəcəyini bildirib. 
Çin-Ərəb ölkələri sammitinin nəticələrini alqışladığını qeyd edən Taha Səudiyyə Ərəbistanının sammitin təşkilində oynadığı aparıcı rolu yüksək qiymətləndirib.
Açıqlamada baş katib Tahanın Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Ferhanın dəvəti ilə sammitə qatıldığı bildirilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ərəb ölkələrinin liderləri, və Çin prezidenti Si Cinpinin  iştirakı ilə Çin-Ərəb ölkələri sammiti keçirilib.
Sammitin sonunda yayımlanan Ər-Riyad Bəyannaməsinə əsasən, Çinin “Bir kəmər və yol” təşəbbüsünü dəstəkləməsi, tərəflər arasında tərəfdaşlığı gücləndirməsi və növbəti sammitin Pekində keçirilməsi ilə əlaqədar qərar qəbul edilib.
Bəyannamədə Fələstin məsələsinin Yaxın Şərqin əsas məsələsi olduğu və bu problemin iki dövlətli həll modeli əsasında ədalətli və davamlı həll edilməsinin, Suriya, Liviya və Yəməndə yaşanan böhranların həll edilməsi üçün beynəlxalq və regional səviyyədə hərəkət edilməsinin vacibliyi vurğulanıb.

 

 

 



Әlaqәli Xәbәrlәr