ABŞ-ın müdafiə büdcəsində PKK/YPG-nin də faydalanacağı fonddan 18 milyon dollar kəsilib

ABŞ Nümayəndələr Palatası 858 milyard dollarlıq müdafiə büdcəsini ehtiva edən NDAA qanun layihəsini 80 əleyhinə 350 səslə qəbul edərək yekun səsvermə üçün Senata göndərib.

1916668
ABŞ-ın müdafiə büdcəsində PKK/YPG-nin də faydalanacağı fonddan 18 milyon dollar kəsilib

ABŞ-ın müdafiə büdcəsində PKK/YPG-nin də faydalanacağı fonddan 18 milyon dollar kəsilib.

ABŞ-ın 2023-cü il müdafiə büdcəsini ehtiva edən və Nümayəndələr Palatasında qəbul edilən Milli Müdafiə Səlahiyyət Qanunu (NDAA) layihəsində PKK/YPG-nin də faydalanacağı DEAŞ ilə mübarizə fondunun İraq hissəsindən 35 milyon 811 min dollar, Suriya hissəsindən isə 18 milyon 368 min dollar kəsilib.

ABŞ Nümayəndələr Palatası 858 milyard dollarlıq müdafiə büdcəsini ehtiva edən NDAA qanun layihəsini 80 əleyhinə 350 səslə qəbul edərək yekun səsvermə üçün Senata göndərib.

Qanun layihəsində Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü kimi tanınan təşkilatı maliyyələşdirmək üçün 800 milyon dollar, ABŞ-ın Avropadakı hərbi əməliyyatlarını dəstəkləmək üçün isə 6 milyard dollar ayrılıb.

"F-16" döyüş təyyarələrinin Türkiyeyə satışını  məhdudlaşdırıcı şərtlərdən asılı tutan maddələr qanun layihəsinin yekunundan çıxarılıb.

Senatın da qanun layihəsini səsvermə üçün ABŞ prezidenti Co Baydenə göndərəcəyi və daha sonra tezliklə imzalayacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr