Yens Stoltenberq: ''Rusiya Ukraynadakı münaqişəni dondurmağa çalışır''

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya Ukraynadakı münaqişəni dondurmağa çalışır, münaqişənin sülh yolu ilə sona çatmasına  dair heç bir əlamət göstərmir.

1916447

Yens Stoltenberq Financial Times (FT) tərəfindən təşkil edilən tədbirə videokonfrans vasitəsilə qoşulub.
NATO-dan verilən yazılı açıqlamaya görə, Yens Stoltenberq NATO müttəfiqlərinin Ukraynaya dəstəyini davam etdirməsinin vacibliyini vurğulayıb.
Stoltenberq deyib ki, Rusiya münaqişəni sülh yolu ilə sona çatdırmaq üçün heç bir əlamət göstərməyib.
Ukraynanın müharibə meydanında irəliləyiş əldə etdiyini bildirən Stoltenberq deyib: “Rusiya öz qüvvələrini toplamaq üçün münaqişəni dondurmağa çalışır”.

Әlaqәli Xәbәrlәr