Məzari-Şərifdə avtobusa hücum, ölənlər var

Əfqanıstanın şimalındakı Bəlx əyalətinin Məzari-Şərif şəhərində dövlət qulluqçularını daşıyan avtobusa bombalı hücum təşkil edilib.

1915054
Məzari-Şərifdə avtobusa hücum, ölənlər var

 

  Əfqanıstanın şimalındakı Bəlx əyalətinin Məzari-Şərif şəhərində dövlət qulluqçularını daşıyan avtobusa bombalı hücum təşkil edilib.

  TRT ölkə mətbuatına istinadla xəbər verir ki, səhər radələrində Özbəkistan- Hayratan Sərhəd Qapısında çalışan zabitləri daşıyan avtobusa bombalı hücum təşkil edilib. İnsident nəticəsində 7 məmur həyatını itirib, 6-sı yaralanıb.

  Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.



Әlaqәli Xәbәrlәr