Burkina-Fasoda terror aktı törәdilib, ölәnlәr var

Yerli KİV-in yeydığı məlumatına görə, naməlum silahlı terrorçular Bittou şəhərinin Boulqou rayonundakı kluba basqın ediblər.

1915098
Burkina-Fasoda terror aktı törәdilib, ölәnlәr var

Burkina-Fasoda törədilən terror aktı nəticəsində 6 nəfər həlak olub.

Yerli KİV-in yeydığı məlumatına görə, naməlum silahlı terrorçular Bittou şəhərinin Boulqou rayonundakı kluba basqın ediblər.

Hücum nəticəsində 4-ü müəllim olmaqla 6 mülki şəxs həyatını itirib.

Malidəki  Əl-Qaidə və DEAŞ-a tabe olan terror qruplaşmaları 2015-ci ildən bəri Burkina Fasonun şimalında və şərqində vaxtaşırı  hücumlar törədir.

Hökumətin verdiyi məlumata görə, 2015-ci ildən 2021-ci ilin dekabrına qədər törədilən hücumlarda 600-ü təhlükəsizlik xidməti əməkdaşı  olmaqla 2000 nəfər həlak olub.



Әlaqәli Xәbәrlәr