Almaniyada məktəbə gedən iki qız bıçaqlanıb

Almaniyanın Auqsburq şəhərinin İllerkirxberq qəsəbəsində məktəbə gedən iki qız bıçalı hücuma məruz qalıb

1914899
Almaniyada məktəbə gedən iki qız bıçaqlanıb

 

  Almaniyanın Auqsburq şəhərinin İllerkirxberq qəsəbəsində məktəbə gedən iki qız bıçalı hücuma məruz qalıb.  

  "TRT Haber"nin rayon polisinin açıqlamasına istinad etdiyi xəbərə görə, iki qız uşağı məktəbə gedərkən bıçaqlanıb. Xəstəxanada yerləşdirilən qızların vəziyyəti ağırdır.

  Polisin məlumatına görə, hadisənin törədildiyi yerə yaxın bir evə təşkil edilən basqın nəticəsində hücumu törədən ilə birlikdə üç nəfər saxlanılıb.

  Hücumun nə üçün törədildiyinə dair məlumat verilməyib.

 



Әlaqәli Xәbәrlәr