İtaliyada baş vermiş torpaq sürüşməsi nəticəsində itkin düşmiş şəxslərin axtarışları davam edir

Noyabrın 26-da İtaliyanın İskia adasında baş verən torpaq sürüşməsi  nəticəsində itkin düşən 8 nəfərin meyiti tapılıb.

1912252

Bu barədə İtaliyanın ANSA xəbər agentliyi məlumat yayıb. Məlumata görə, itkin düşmiş 4 nəfər ilə bağlı axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
“La Stampa” qəzetinə müsahibə verən Mülki Müdafiə İdarəsinin Baş direktoru Fabrizio Kursio bildirib ki, İtaliyadakı  yaşayış məntəqələrinin 94 faizi torpaq sürüşməsi, daşqın və ya sahil eroziyası riski altındadır.
İskiya adasında baş verәn  fəlakətlə gündəmə gələn qanunsuz tikinti problemi müzakirə olunmağa davam edir.
Ekologiya və Enerji Təhlükəsizliyi Naziri Gilberto Piçetto Fratini qeyri-qanuni tikintiyə icazə verən bələdiyyə başçılarının həbs edilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, müxalifət partiyaları Fratini istefaya çağırıb.

Әlaqәli Xәbәrlәr