BMT-nin Baş katibi ilə Misirin XİN rəhbəri birgə mətbuat konfransında çıxış ediblər

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres iqlim böhranı ilə bağlı ölkələr arasında etimadı bərpa etməyə çağırıb.

1907930
BMT-nin Baş katibi ilə Misirin XİN rəhbəri birgə mətbuat konfransında çıxış ediblər

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres iqlim böhranı ilə bağlı ölkələr arasında etimadı bərpa etməyə çağırıb.
Misirin rəsmi MENA xəbər agentliyinin yaydığı məlumata görə, Misirin xarici işlər naziri Samih Şükri və BMT-nin Baş katibi Antonio Quterreş BMT-nin  İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP27) 27-ci Tərəflər Konfransının keçirildiyi Şarm əl-Şeyx şəhərində mətbuat konfransı keçirib.
Həm şimal və cənub ölkələr arasında, həm də inkişaf etmiş və az inkişaf etmiş ölkələr arasında etimadsızlıq olduğuna diqqət çəkən Quterreş bu etimadsızlığın aradan qaldırılması üçün tez hərəkətə keçməyə ehtiyac olduğunu bildirib.
BMT-nin baş katibi Antonio Quterreş bütün tərəfləri təcili olaraq etimadı bərpa etməyə çağırıb.
Antonio Quterreş emissiyaları azaltmaq və bərpa olunan enerjiyə keçidi sürətləndirmək üçün bütün maliyyə və texniki dəstəyi səfərbər edəcək humanitar həmrəylik sazişinə ehtiyac olduğunu bildirib.
Misirin xarici işlər naziri Şükri isə öz növbəsində  bildirib ki, COP27-nin sədri olan Misir iqlim böhranı ilə bağlı bütün problemlərin həll edilməsi üçün çalışacaq.
COP27 konfransına qatılan bir çox ölkənin iqlim dəyişikliyi ilə mübarizəyə sadiq olduqlarını ifadə edən Şükri  iqlim dəyişikliyinin vurduğu zərərlərin aradan qaldırılması  üçün maliyyə dəstəyinə ehtiyac olduğunu qeyd edib.



Әlaqәli Xәbәrlәr