İsrail qüvvələri 45 fələstinlini saxlayıb

Bu barədə Fələstinli Məhbuslar Klubundan verilən məlumatda bildirilib

1907168
İsrail qüvvələri 45 fələstinlini saxlayıb

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində 45 fələstinlini saxlayıb.
Bu barədə Fələstinli Məhbuslar Klubundan verilən məlumatda bildirilib.
Məlumatda 15 nəfərin El Halil, digərlərinin isə İordan çayının qərb sahilinin müxtəlif yerlərində saxlanıldığı qeyd edilib.
Saxlanılanlar arasında uşaqların da olduğu bildirilib.
İsrail qüvvələri işğal altındakı Şərqi Qüds və İordan çayının qərb sahilində fələstinlilərə aid 3 evi dağıdıb.



Әlaqәli Xәbәrlәr