Hollandiya terror mövzusunda Türkiyeyə  dəstək və həmrəyliyini bildirib

Hollandiyada Rotterdam meriyasının binasına, İstanbulda törədilən xain terror aktında həyatını itirənlərin xatirəsi üçün Türkiye bayrağı asılıb.

1906339
Hollandiya terror mövzusunda Türkiyeyə  dəstək və həmrəyliyini bildirib

Rotterdam Bələdiyyəsinin sosial media hesabından paylaşılan açıqlamada İstiqlal küçəsində törədilən terror aktında  həyatını itirənlərin xatirəsinə  bələdiyyə binasına Türkiye bayrağı asıldığı, bununla  Türkiyeyə dəstək və həmrəyliyin göstərildiyi qeyd edilib.

Açıqlamada: “Rotterdam bələdiyyə binasına asılan Türkiye bayrağı yarıya endirildi. Ürəyimiz İstanbul hücumunda həyatını itirənlər və ailələri ilə birlikdədir”.

Yada salaq ki, İstiqlal küçəsində törədilən bombalı hücumda 6 nəfər həyatını itirib, 81 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr