ABŞ-da aviaşou zamanı iki təyyarələr toqquşub

ABŞ-ın Texas ştatında Boeing B-17 və Bell P-63 nümayiş təyyarələri havada toqquşub.

1905985
ABŞ-da aviaşou zamanı iki təyyarələr toqquşub

Federal Aviasiya Administrasiyasının (FAA) qəza ilə  bağlı  yaydığı məlumata görə  insident Dallas şəhərindəki Executive Airport hava şousu zamanı baş verib. 

Dallas dairəsinin hakimi Klay Cenkins, bu səhər "Twitter" hesabında bir paylaşımda bildirib: “ABŞ-ın Texas ştatında havada toqquşan iki Boeing B-17 və Bell P-63 tipli nümayiş təyyarəsində olan 6 nəfər həyatını itirib. Ölənlərin şəxsiyyətinin müəyyən edilməsi üzərində işlər davam etdirilir.

Tamaşaçılar tərəfindən çəkilən və sosial mediada paylaşılan görüntülərdə köhnə tipli iki nümayiş təyyarəsinin toqquşduqdan sonra yerə çırpıldığı və oradan alov topunun qalxdığı görülüb.



Әlaqәli Xәbәrlәr