Rusiya qüvvələri Nikolayev şəhərinə ağır zərbələr endirdi, ölənlər var

Rusiya qüvvələrinin Ukraynanın Nikolayev şəhərindəki yaşayış binasına endirdiyi raket zərbələri nəticəsində 7 mülki vətəndaş həyatını itirib.

1905480

Ukrayna Prezident Aparatının rəhbərinin müavini Kirilo Timoşenko rəsmi Telegram kanalında verdiyi açıqlamada Nikolayev şəhərində beşmərtəbəli binaya raket zərbələrinin endirildiyini  bildirib.

Timoşenko hücum nəticəsində 7 nəfərin həyatını itirdiyini qeyd edib.

Yerli mətbuat orqanlarının yaydığı məlumata əsasən, Nikolayev şəhərinin mərkəzindəki mənzil hücum nəticəsində dağılıb.
Ukrayna prezidenti Volodimir  Zelenski rəsmi internet səhifəsində  verdiyi açıqlamada Ukraynanın azad edilməsi üçün mübarizəni davam etdirdiklərini bildirib.

Zelenski vurğulayıb ki, ruslar Ukrayna ordusunun döyüş meydanındakı uğurlarına cavab olaraq mülki şəxslərə hücum edir.

"Beşmərtəbəli yaşayış binasına hücum olub. Bina 5-ci mərtəbədən 1-ci mərtəbəyə kimi dağılıb. Təəssüf ki, ölən və yaralananlar var",-deyə Ukrayna Prezidenti qeyd edib.

Әlaqәli Xәbәrlәr