Florida ştatında "Nikol" qasırğası 2 nəfərin həyatına son qoyub

ABŞ-ın Florida ştatına çatan "Nikol" qasırğasının səbəb olduğu güclü yağış və daşqınlarda 2 nəfər həyatını itirib.

1905074
Florida ştatında "Nikol" qasırğası 2 nəfərin həyatına son qoyub

ABŞ-ın Florida ştatına çatan "Nikol" qasırğasının səbəb olduğu güclü yağış və daşqınlarda 2 nəfər həyatını itirib.

Orange rayonun rəhbərliyinin sosial media hesablarında  2 nəfərin elektrik cərəyanı vuraraq öldüyü elanı yer alıb. 

Elanda qırılan elektrik naqilinin yanındakı kişi və qadının üzərinə düşdüyü, xəstəxanaya çatdırılan 2 nəfəri xilas etmək mümkün olmadığı bildirilib.

Florida qubernatoru Ron DeSantis də qasırğa ilə əlaqədar fövqəladə vəziyyət zonasını genişləndirərək ştatdakı 67 rayonda fövqəladə vəziyyət elan edib.

Daha əvvəl yalnız 34 rayonda fövqəladə vəziyyət elan edən DeSantis Floridanın şimal-qərbində qasırğanın təsirlərinin dərəcəsindən əmin olmadığı üçün bütün ştat miqyasında bu qərara gəldiklərini qeyd edib.

Floridaya çatan "Nikol" qasırğasının təsiri azalsa da, dəniz suyunun qalxması və dalğaların güclənməsi səbəbindən sahil zolağında bəzi evlər dağılıb.

Digər tərəfdən, Milli Qasırğa Mərkəzi ştatın şimal-şərqinə doğru hərəkət edən şiddətli fırtınanın bir-iki günə Corciyadan başlayaraq şimalda Nyu Yorka qədər uzanan geniş bir əraziyə təsir edəcəyi məlumatını paylaşıb.



Әlaqәli Xәbәrlәr