Yens Stoltenberq Türkiyeyə təşəkkür edib

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyenin Ukrayna taxılının dünyaya çatdırılmasını təmin edən sazişdəki rolunu yüksək qiymətləndirdiklərini bildirib

1904274
Yens Stoltenberq Türkiyeyə təşəkkür edib

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyenin Ukrayna taxılının dünyaya çatdırılmasını təmin edən sazişdəki rolunu yüksək qiymətləndirdiklərini bildirib.
Yens Stoltenberg Misirdə keçirilən (COP27) iqlim konfransının "İqlim təhlükəsizliyi" mövzusundakı iclasına videokonfrans vasitəsilə qatılaraq çıxış edib.
Fevralın 24-də Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə səbəbindən dünyada enerji və ərzaq qiymətlərinin artdığını xatırladan Stoltenbenq Ukrayna taxılının dünya bazarlarına çatdırılması üçün  Birləşmiş Millətlər Təşkilatı  və Türkiyenin səyləri nəticəsində əldə edilən razılaşma sayəsində ərzaq qiymətlərinin azaldığını bildirib. 
Ötən həftə Türkiyeyə etdiyi səfər zamanı məsələni gündəmə gətirdiyini bildirən Stoltenberq deyib:
"BMT, NATO müttəfiqi Türkiye və beynəlxalq ictimaiyyət qlobal ərzaq bazarındakı təzyiqi qismən də olsa azaltmaq üçün Ukraynadan taxıl ixracını mümkün edən razılaşmanı imzalayıb. Keçən həftə İstanbula səfər etdim.  Taxıl gəmilərinin İstanbul boğazından keçdiyini gördüm. Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdüm. Taxıl sazişi ilə bağlı göstərdiyi səylərə görə Türkiyeyə təşəkkür edirəm. Rusiyaya taxıl müqaviləsinə əməl etməsi və müqavilənin müddətini uzatması ilə əlaqədar çağırış etməyə davam edirik''.
Yens Stoltenberq həmçinin bildirib ki, Ukrayna müharibəni bitirsə, suveren dövlət olmayacaq.Sülh ancaq Rusiya bu müharibəyə son qoysa əldə oluna bilər.



Әlaqәli Xәbәrlәr