Polşa Almaniyaya çağırış edib

Polşa xarici işlər nazirinin müavini Arkadiuş Mularçik Almaniya kansleri Olaf Şolsu İkinci Dünya Müharibəsi zamanı dəymiş zərərin ödənilməsi ilə bağlı dialoqa başlamağa çağırıb.

1902986
Polşa Almaniyaya çağırış edib

Polşa xarici işlər nazirinin müavini Arkadiuş Mularçik Almaniya kansleri Olaf Şolsu İkinci Dünya Müharibəsi zamanı dəymiş zərərin ödənilməsi ilə bağlı dialoqa başlamağa çağırıb.

Mularçik bazar günü Polşanın şərqindəki Grezovka kəndində almanların mülki əhaliyə hücumunun 80-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimlərində iştirak edib.

Mularçik sözügedən dövrdə günahsız uşaqların və qadınların qətlə yetirildiyini bildirib.

“Almaniya Federativ Respublikasının kanslerini bu mövzuda dialoq aparmağa və İkinci Dünya Müharibəsinin bütün nəticələrinə görə kompensasiya məsələsini tənzimləməyə çağırıram”,-deyə Polşanın  xarici işlər nazirinin müavini qeyd edib.

Mularçik Almaniyanın vurduğu itkilərlə bağlı geniş hesabat hazırlayan komandanın rəhbəri olub və oktyabr ayında xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib.

Sentyabrın 1-də Polşa hökuməti müharibə zamanı ölkənin maliyyə itkilərini təfərrüatlı şəkildə əks etdirən geniş hesabat dərc edib.

Daha sonra  Polşa Xarici İşlər Nazirliyi Almaniyaya diplomatik nota göndərərək müharibədə vurduğu zərəri ödəməyi tələb edib.

İkinci Dünya Müharibəsində 3 milyonu yəhudi olmaqla 6 milyon Polşa vətəndaşı öldürüldü.

Almaniya müharibədən sonrakı illərdə Şərq Bloku ölkələrinə təzminat ödənildiyini, sərhədlər yenidən çəkilərkən Polşanın Şərqdə itirdiyi torpaqların Almaniyanın müharibədən əvvəlki bəzi əraziləri ilə kompensasiya edildiyini irəli sürmüşdü.



Әlaqәli Xәbәrlәr